İsrail ordusunun dünən Livanın cənubunda Əl-Cüməycimə bölgəsinə hücumunda iki Hizbullah üzvü ölüb.
Bu barədə İsrail ordusu məlumat yayıb.
Bildirilib ki, Hizbullah üzvləri təşkilatın infrastrukturunu bərpa etməyə çalışıblar.
İsrail ordusu Hizbullahın bu cür fəaliyyətlərinin İsrail və Livan arasında olan razılaşmalara zidd olduğunu bəyan edib.
.
