İranda davam edən iğtişaşlar fonunda etirazçılar ölkədə bir neçə küçənin adını Donald Trampın şərəfinə dəyişdiriblər.
Bu barədə “Israel National News” məlumat yayıb.
Sosial şəbəkələrdə yayımlanan görüntülərdə bir kişinin küçə adı yazılmış göy lövhəyə yaxınlaşaraq, onun üzərinə “Donald Tramp küçəsi” yazısını yapışdırdığını görmək olar.
Xatırladaq ki, İranda bir neçə gün əvvəl artan yaşayış xərclərinə etiraz olaraq başlayan aksiyalar iğtişaşlara çevrilib. ABŞ Prezidenti Donald Tramp bir neçə dəfə İrandakı dinc etirazçılara yardım etməyə hazır olduğunu bildirib.
.
