İran Prezidenti Məsud Pezeşkian təhlükəsizlik qüvvələrini ölkə daxilində 10 gündən çoxdur davam edən etirazçılara qarşı maksimum təmkinli olmağa çağırıb.

Bu barədə Yenizaman "Al-Araby" telekanalına istinadən xəbər verir.

"Hər hansı zorakı hərəkətlərdən və ya məcburiyyətdən qaçınmaq lazımdır. Son dərəcə təmkin tətbiq edilməli, dialoq və dinc ünsiyyət qurulmalı və İran xalqının tələblərinə əməl edilməlidir", - deyə o qeyd edib.

Qeyd edək ki, yanvarın 8-də Tehran, Təbriz və Məşhəddə genişmiqyaslı nümayişlər keçirilir. Paytaxtda etirazçılar Ayətullah Kaşani bulvarında, Yusif və Azadi rayonlarında toplaşırlar. Onlar hökumət əleyhinə şüarlar səsləndirirlər və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Keçmiş şahın oğlu Şahzadə Rza Pəhləvinin rəhbərlik etdiyi xarici müxalifət cümə axşamı günü yeni tətillər və nümayişlər çağırışı edib.

"Al-Araby"nin məlumatına görə, bunlar İranda 2022-2023-cü illərdə qadınlar üçün geyim qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı fəal Məhsa Əminin ölümündən sonra baş verən iğtişaşlardan bəri ən böyük etirazlardır.

 

.