“Mən də istəyirəm ki, qısa müddət ərzində soydaşlarımızın torpaqlarımıza qayıtmasına nail olaq”.
Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Onun sözlərinə görə, bunun üçün kompleks tədbirlər görülməlidir:
“Minalardan təmizlənmə prosesi başa çatandan sonra və bununla paralel olaraq, biz bu işlərə başlayırıq. Bu yaxınlarda “Ağıllı kənd” layihəsi artıq reallaşmağa başlanıb. Zəngilan rayonunun üç kəndi - Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı kəndlərində layihə həyata keçiriləcək. Orada 1000-ə yaxın insan yerləşdiriləcək”.
.
