Eçmiədzində katolikos II Qareginin tərəfdarları və onun istefasını tələb edənlər mitinqi zamanı toqquşmalar başlayıb.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, saxlanılanlar var.
***
Eçmiədzində katolikos II Qareginin tərəfdarları və onun istefasını tələb edənlər eyni anda mitinq keçirir.
“Azadlıq Radiosu” erməni xidməti xəbər verir ki, katolikosun vəzifədən uzaqlaşdırılmasını tələb edənlərlə onu dəstəkləyənləri polis səddi ayırır.
Hər iki tərəf qarşılıqlı olaraq şüarlar səsləndirir.
Ərazidə hökumət nümayəndələri, parlamentin “Hayastan” fraksiyasının deputatları da var.
.
