Honkonqla əlaqəli təxminən 100 gəmi Hörmüz boğazında qalıb.

"South China Morning Post" verdiyi məlumata görə, bunu Honkonq Gəmi Sahibləri Assosiasiyasının sədri Riçard Hekst bildirib.

Onun sözlərinə görə, bu, Honkonqda qeydiyyatdan keçmiş gəmilərə, eləcə də Honkonq şirkətlərinə məxsus və ya onların idarə etdiyi gəmilərə aiddir.

Bu gəmilərin göyərtələrində təxminən 2 300 dənizçi var. Hekst qeyd edib ki, mövcud vəziyyət gəmiçilik sənayesi nümayəndələri arasında ciddi narahatlıq doğurur, çünki Hörmüz boğazı qlobal dəniz ticarəti və enerji daşınması üçün əsas marşrutlardan biri olaraq qalır.

.