İngiltərə millisinin hücumçusu Harri Keyn Almaniyanın "Bavariya" klubu ilə yeni müqavilə barədə danışıqlara başlayacaq.

"Abendzeitung" xəbər verir ki, 33 yaşlı futbolçu yaxın vaxtlarda rəhbərliklə görüşəcək.

Təcrübəli forvard danışıqların yaxın günlər ərzində başlayacağını və hər iki tərəfin prosesə tam sakit yanaşdığını bildirib.

Qeyd edək ki, 2027-ci ilin iyununa qədər sözləşməsi qüvvədə olan futbolçunun müqavilə müddətini 2029 və ya 2030-cu ilə kimi uzadacağı gözlənilir.

.