Livanlı diyetoloq Batul Tormos ənənəvi səhər yeməyini daha faydalı etməyin yollarından danışıb.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Mütəxəssis günün ilk qida qəbulunu daha sağlam etmək üçün paxlalılar, zeytun yağı və müxtəlif təzə tərəvəzlərdən ibarət Livan səhər yeməyi prinsiplərindən yararlanmağı tövsiyə edib.
"Əsas məqsəd insanların öyrəşdikləri mətbəxi Livan mətbəxi ilə əvəzləmək deyil, Aralıq dənizi pəhrizinin prinsiplərini tətbiq etməkdir. Daha çox tərəvəz, paxlalılar, tam taxıllı məhsullar, qoz-fındıq, toxum və zeytun yağı istehlak etmək, emal olunmuş ət, şəkər və yüksək dərəcədə sənaye emalından keçmiş məhsulların qəbulunu isə azaltmaq lazımdır", - deyə o vurğulayıb.
.
