Gələn il Azərbaycana COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına müvafiq olaraq əlavə 5 000 000 doza vaksinin gətirilməsi nəzərdə tutulur.

Bu barədə  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, bu günə qədər ölkəyə 13 142 040 doza vaksin dərman vasitəsi gətirilib. Bu da ümumi alınmış peyvəndlərin 80%-ni təşkil edir.

.