Beynəlxalq Futbol Federasiyası (FİFA) bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təqvimində dəyişikliyi açıqlayıb.

Bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Turnir Seneqal və Niderland millisinin oyunu ilə başlayacaq.

Matç noyabrın 21-i Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Bundan əvvəl isə ilk matç Qətərlə Ekvador arasında olmalı idi. Ənənəyə görə, dünya çempionatının açılış matçını ev sahibi ölkə açmalı idi.

Lakin Qətərin Ekvadorla oyunu Bakı vaxtı ilə saat 20:00-a keçirilib.

.