Fövqəladə Hallar Nazirliyi çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, çimərlikdə xoş zaman keçirmək üçün bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsi vacibdir.

Belə ki, çimərliklərdə nəzərdə tutulmamış ərazilərdə çimmək; çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək; küləkli havada dənizə girmək; çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq; suda kobud hərəkətlər etmək; çimərlikdə balıq tutmaq; xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.

Vurğulanıb ki, çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir.

“Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir”, - məlumatda deyilir.

.