Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya–Ukrayna müharibəsinin getdikcə nəzarətdən çıxma riski daşıdığını bildirib.
Rəcəb Tayyib Ərdoğan qarşılıqlı hücumlar nəticəsində vəziyyətin daha da gərginləşdiyini qeyd edərək, bu müharibənin tez bir zamanda ədalətli və dayanıqlı sülhlə başa çatmasının Türkiyənin səmimi arzusu olduğunu deyib.
Prezident vurğulayıb ki, Türkiyənin münaqişələrdən mənfəət əldə etmək kimi niyyəti yoxdur: “Biz təhlükəsizlik baxımından dayanıqlı əlaqələr qurmuş bir ölkəyik. Sülhə aparan yolun açılması üçün hər cür məsuliyyəti üzərimizə götürməyə hazırıq. Bütün səmimiyyətimizlə bu həqiqəti hər fürsətdə vurğulayırıq. Biz nə rol qazanmaq, nə şou göstərmək arzusundayıq, nə də qan, göz yaşı və zülm üzərindən mənfəət əldə etmək niyyətindəyik. Münaqişələrdən fayda əldə etmək kimi bir anlayışımız heç vaxt olmayıb”.
.
