Dünyanın ən bahalı futbolçusu olan "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın müsəlman olduğu məlumdur.
Publika.az xəbər verir ki, Qvineya əsilli futbolçu öz "İnstagram" səhifəsində məsciddə çəkilən fotosunu paylaşaraq "Qurban bayramınız mübarək" yazıb. O, məscidə həmyerlisi və "Yuventus"ddakı sabiq komanda yoldaşı Patris Evra ilə birgə gedib. Onlar bayramı birlikdə qeyd ediblər.
