Peşəkar boks üzrə 4 qat dünya çempionu, peşəkar döyüşlərin qalibi Azad Əzizov növbəti döyüşünü keçirəcək.
AzNews.az-ın məlumatına görə, 2 fasilədən sonra idmançımız yenidən rinqə qayıdıb. Onun bu dəfəki rəqibi çexiyalı boksçu Pavel Hermann olacaq. Yarış reytinq xarakteri daşıyır.
Qeyd edək ki, Azad Əzizov 9 ildir, Almaniyada döyüşür. Görüş iyulun 9-da Berlində baş tutacaq. Azad Əzizov 36-cı dəfə rinqə peşəkar rinqə çıxır. Keçirdiyi 35 döyüşdən 17-sini nokautla başa vurub.
Azad Əzizovun boyu 168 sm-dir. Rəqibi Pavel Hermann isə 174 sm boya malikdir.
