Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadi artım proqnozunu yaxşılaşdırıb.

Bu barədə BVF-yə istinadən xəbər verir. Məlumata görə, qlobal iqtisadi artım 2022-ci ildə təxmin edilən 3,4 faizdən 2023-cü ildə 2,9 faizə düşəcək. Bu proqnoz Fondun 2022-ci ilin oktyabr proqnozundan 0,2 faiz bəndi çoxdur.

Beynəlxalq Valyuta Fondu 2024-cü ildə isə iqtisadi artımın 3,1 faizə yüksələcəyini proqnozlaşdırıb. Bu göstərici isə 2000-2019-cu illərdəki orta iqtisadi artım göstəricisindən (3,8%) aşağıdır.

Qeyd edilib ki, inflyasiya və Rusiyanın Ukraynadakı müharibəsi ilə mübarizə aparmaq üçün mərkəzi bankların faizləri artırması iqtisadi fəaliyyətə təsir etməkdə davam edir. Çində COVID-19-un sürətlə yayılması 2022-ci ildə artımı zəiflətdi, lakin yenidən açılım baş verib.
Beynəlxalq Valyuta Fondu qlobal inflyasiyanın 2022-ci ildəki 8,8 faizdən 2023-cü ildə 6,6 faizə və 2024-cü ildə 4,3 faizə düşəcəyini proqnozlaşdırıb. Bununla belə, proqnoz hələ də pandemiyadan əvvəlki (2017-19) orta inflyasiya göstəricisindən (3,5 faiz səviyyəsindən) yuxarı olacaq.

.