Müğənni Britni Spirs Sem Asqeridən boşanmasına münasibət bildirib, evliliklərini ağrı adlandırıb.

“Hər kəsin bildiyi kimi, Semlə artıq ayrılmışıq. Mən bir az şokdayam. Amma düzünü desəm, daha bu ağrıya dözə bilmirdim”, - deyə müğənni bildirib.

Qeyd edək ki, hazırda müğənni ilə həyat yoldaşının boşanma prosesi gedir. Avqustun 18-də Sem Asqeri müğənninin xəyanətləri barədə məlumat aldığını deyib. Boşanmaya səbəb kimi də Spirsin xəyanətini göstərib.

Nikah müqaviləsinə görə, Spirs boşanma halında Asqeriyə pul ödəməyəcək, lakin o, həyat yoldaşının hədiyyələrini, o cümlədən bahalı avtomobilləri özündə saxlaya biləcək.

.