“Brexit” Britaniyanı daha kasıb etdi.
Bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.
O, “Brexit”in nəticələrini və “Brexit” səsverməsinin əsas simalarından biri kimi tanınan britaniyalı siyasətçi Naycel Farajın rolunu sərt tənqid edib.
Onun sözlərinə görə, verilən vədlər puç olub.
“Naycel Faraj deyirdi ki, “Brexit” bizi daha varlı edəcək. Yanlışdır, bu, bizi daha kasıb etdi”, - Baş nazir qeyd edib.
O vurğulayıb ki, miqrasiya və təhlükəsizliklə bağlı vədlər də reallaşmayıb, miqrasiya kəskin artıb, təhlükəsizlik daha da zəifləyib.
Starmer Farajı ölkəni yanlış istiqamətə aparmaqda ittiham edib.
“O, Britaniyanı aldadıb. Nəticələrlə üzləşmək məcburiyyətində qalan Mühafizəkarlardan fərqli olaraq, sadəcə səhnədən qaçdı”, - Starmer əlavə edib.
.
