Azərbaycan təbii qazının əlavə həcminin Avropaya çatdırılması istiqamətində bütün zəruri addımlar atılır, bu istiqamətdə işlər davam etdirilir.

Rumen Radev Kişinyovda jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin 6 ayda Bolqarıstana iki səfər etdiyini xatırladıb.

Rumen Radev xatırladıb ki, Azərbaycandan Türkiyə və Yunanıstana, Bolqarıstana, Rumıniyaya, Macarıstan və Slovakiyaya əlavə qaz miqdarının tədarükünü mümkün etmək üçün “Həmrəylik Halqası” adlı layihə mövcuddur.

“Beləliklə, biz qaz nəqli şəbəkələrimizin imkanlarını birləşdirmişik və biz indi Azərbaycan qazının Mərkəzi və Şərqi Avropaya nəqli üçün bütün zəruri addımları atırıq. Bu, Avropa İttifaqının enerji mənbələrini şaxələndirməsi və enerji təhlükəsizliyi üçün son dərəcə önəmli nailiyyətdir”, - Rumen Radev deyib.

Bolqarıstan Prezidenti əlavə edib ki, Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı olduğunu sübut edib və atılan bütün praktiki addımlar bunu təsdiqləyir.

.