FIFA-nın Etika Komitəsinin İstintaq Palatası təşkilatın sabiq prezidenti Yoze Blatterə, keçmiş baş katib Jerom Valkeyə və keçmiş maliyyə direktoru Markus Kattnerə qarşı rəsmi iş açıb. Bu şəxslər rüşvətxorluq və korrupsiyada, ümumi davranış qaydalarını pozmaqda, hədiyyə qəbulu və ya təklifində və s. məsələlərdə şübhəli bilinirlər.
FIFA iyunda məlumat vermişdi ki, hər 3 şəxs 5 il ərzində qanunsuz olaraq ümumilikdə 80 milyon dollar varlanıb.
