ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Berlində dünən başlayan müzakirələr bu gün davam edib.
Bu barədə etibarlı mənbə "European Truth"a məlumat verib.
Qeyd edək ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski özünün başçılıq etdiyi heyətlə ABŞ tərəfi arasında olan danışıqların 5 saatdan çox davam etdiyini bildirib.
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff görüşdə böyük irəliləyiş əldə edildiyini deyib.
Bu gün Fransa, Böyük Britaniya, Niderland, İtaliya və digər Avropa liderlərinin də müzakirələrdə iştirak etməsi gözlənilir.
.
