Bərədə də 10 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report" - un Qarabağ Bürosu xəbər verir ki, qəza Bəhrəmtəpə-Mingəçevir avtomobil yolunun Bərdə rayonu Bəcirəvan kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "VAZ" 21015 markalı 10 HT 171 dövlət nömrəli avtomobillə "Mercedes" markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən "Mercedes" markalı avtomobil yol kənarındakı kanala düşüb.
1994-cü il təvəllüdlü Babayev Orxan Vüqar oğlu, 2004-cü il təvəllüdlü Hacıyev Röyal Rövşən oğlu, 2007-ci il təvəllüdlü Hətəmov Ayxan Natiq oğlu, 2007-ci il təvəllüdlü Nəcəfli Mirşahin Yelmar oğlu, 1979-cu il təvəllüdlü Paşayev Efras Ayaz oğlu, 1990-cı il təvəllüdlü Həmidova Rabella Əlibaba qızı, 2018-ci il təvəllüdlü Həmidzadə Ömər Kamandar oğlu, 1964-cü il təvəllüdlü Həmidova Səkurə Yaqub qızı, 1963-cü il təvəllüdlü Həmidov Həmid Fərrux oğlu və 1988-ci il təvəllüdlü Həmidov Kamandar Həmid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Mərkəzi Xəstəxanasının Diaqnostika şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
.
