Moskvada Azərbaycan və Rusiya arasında enerji əməkdaşlığının gündəliyindəki aktual məsələlər müzakirə olunub.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında məlumat verib.

Nazir bildirib ki, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 28-ci Nazirlər Görüşü və 8-ci Sammiti çərçivəsində Rusiyanın energetika naziri Sergey Tsivilyovla görüş keçirilib.

Görüşdə GECF çərçivəsində əməkdaşlıq, eləcə də Azərbaycan-Rusiya enerji əməkdaşlığının aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

.