Azərbaycan Dünya Bankı ilə potensial investisiya layihələri ilə bağlı müzakirələr aparıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında bildirib.

"Bu gün Bakıda Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusla görüşüb, Dünya Bankı ilə ölkəmizin əməkdaşlığının gündəliyində olan məsələlər və potensial investisiya layihələri barədə təklifləri müzakirə etdik", - deyə nazir əlavə edib.

.