Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2022-ci ili 25,7 milyon manat xalis mənfəətlə başa vurub.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 2,55 dəfə çoxdur.

Ötən il BOKT-ların gəlirləri 119 milyon manat (əvvəlki illə müqayisədə 35,85 % çox), xərcləri 81,5 milyon manat (34,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 5,9 milyon manat (53,2 % az), mənfəət vergisi ödəmələri isə 1,9 milyon manat (47,5 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə BOKT-ların aktivləri 515,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 32,7 % çoxdur. Bunun 400,2 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 36,9 % böyüyüb.

Hesabat dövründə BOKT-ların öhdəlikləri 36,3 % artaraq 305,7 milyon manata, balans kapitalı isə 27,8 % artaraq 210 milyon manata çatıb.

.