Azərbaycan Şərqi Avropaya və regionun bir çox bazarına qapı rolunu oynayır.

Bu barədə BƏƏ-nin xarici ticarət üzrə dövlət naziri Tani bin Əhməd Əl-Zeyudi deyib.

Əl-Zeyudinin sözlərinə görə, iki ölkə arasında xüsusən bərpa olunan və "təmiz" enerji mənbələri sahəsində iqtisadi və ticari əlaqələr inkişaf etməkdədir.

İnvestisiyaların artması və ümumi əməkdaşlıq fonunda əmtəə dövriyəsində mühüm artımın baş verdiyini deyən nazir Azərbaycanla BƏƏ arasında əmtəə dövriyyəsinin son 5 ildə üç dəfə artaraq 2,77 milyard dollara çatdığını əlavə edib ki, bu da 2018-ci illə müqayisədə 270 faiz çoxdur.

"İki ölkə arasında qeyri-neft sahəsində əmtəə dövriyyəsi 2002-ci ildə 36 faiz artaraq illik hesablamada 980,2 milyon dollara çatıb", - nazir deyib.

O, həmçinin, BƏƏ-dən Azərbaycana ixrac edilən qeyri-neft məhsullarının rafinə edilməmiş neft yağları, tütün məmulatları, avtomatik sprey cihazları, təzyiq salmaq üçün kranlar və klapanlar, plastik məmulatlar, müxtəlif kimyəvi məhsulları, qızıl, parfümeriya, kağız məmulatları, alüminium, çay və üzvi kimya məhsulları olduğunu əlavə edib.

Eyni zamanda, BƏƏ Azərbaycandan əsasən qızıl, zərgərlik məmulatları, bitkilər, tütün məmulatları, mis məmulatlar və qida məhsulları idxal edib.

Əl-Zeyudi təkrar ixrac edilən məhsulların əsasən mobil telefonlar, teleekranlar, avtomobillər və onların ehtiyat hissələri, nasoslar, ventilyatorlar, kompyuterlər, təyyarə detalları, alüminium təbəqələr, mineral yağlar, şinlər, kağız və əlaqədar məhsullar olduğunu qeyd edib.

.