Ukraynada Ali Radasında, ilk dəfə olaraq müharibə şəraitində prezident seçkilərinin keçirilməsi ilə bağlı işçi qrupunun iclası başlayıb.
Birinci vitse-spiker Aleksandr Kornienkonun sədrliyi ilə işçi qrup yeni qanun layihəsini bu iclasda təqdim edir.
Qanun layihəsi daha sonra parlamentin iclasına təqdim ediləcək.
Layihənin qəbul ediləcəyi təqdirdə, gələn il Ukraynada ilk dəfə müharibə şəraitində prezident seçkiləri keçirilə bilər.
Qeyd edək ki, beynəlxalq normalara əsasən Ukrayna qanunvericiliyi müharibə şəraitində seçkilər və referendum keçirilməsini qadağan edir. Ukrayna Prezidenti Volodimir Zelenski, dekabrın əvvəlində Ali Radanın nümayəndələri ilə görüşərək müharibə şəraitində prezident seçkilərinin və referendumun keçirilməsini nəzərdə tutan, bur dəfəlik qanun layihəsini hazırlanması və parlamentdə müzakirə edilməsini təklif edib.
Ukraynada sülh planının müddəaların dərhal prezident seçkilərinin keçirilməsi və ərazi məsələləri ilə bağlı referendum da nəzərdə tutulub. Növbəti prezident seçkilərinin vaxtı 2024-cü ilin martında müharibəyə görə təxirə salınıb.
.
