Avropa İttifaqı rusiyalı jurnalistlər Yekaterina Andreeva, Pavel Zarubin və Dmitri Quberniyevə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Bildirilib ki, Aİ-nin sanksiya siyahısına reper Roman Çumakov, balet ustası Sergey Polunin və teleaparıcı Maria Sittel də düşüb.
Qeyd edək ki, Pavel Zarubin Rusiya prezidenti Vladimir Putinin jurnalist "pul"unda təmsil olunur. O, Rossiya telekanalında yayımlanan Moskva. Kreml. Putin verilişinin müəllifi və aparıcısıdır. Yekaterina Andreeva Pervıy kanalın əsas xəbər buraxılışının aparıcısı, Dmitri Quberniyev isə Rusiyanın məşhur idman jurnalisti və aparıcısıdır.
.
