Avropa İttifaqının Ukraynaya növbəti iki il üçün ayırdığı 90 milyard avro kredit geri qaytarılmayan və faizsizdir.
Bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko özünün “Facebook” səhifəsindəki paylaşımında məlumat yayıb.
“Avropa Şurası Ukrayna üçün son dərəcə vacib qərar qəbul edərək növbəti iki il üçün 90 milyard avronun ayrılmasını təsdiqlədi”, — Marçenko qeyd edib.
Onun sözlərinə görə, bu vəsait mahiyyət etibarilə Ukrayna üçün geri qaytarılmayan və faizsizdir. Geri ödəniş yalnız Rusiyanın müharibə nəticəsində Ukraynaya dəymiş zərəri kompensasiya etməsindən sonra mümkün ola bilər.
Marçenko həmçinin vurğulayıb ki, əldə edilən vəsaitlər dövlət büdcəsinin və müdafiə sahəsinin ehtiyaclarına yönəldiləcək.
“Təzminat krediti üzərində işin davam etməsi vacibdir — onun həyata keçirilməsi əlavə hazırlıq tələb edir. Avropalı tərəfdaşlara qətiyyət və Ukraynanın ehtiyaclarını başa düşdüklərinə görə təşəkkür edirəm”, — Ukraynanın maliyyə naziri əlavə edib.
.
