Avropa İttifaqı sammitində Rusiyaya qarşı bütün sanksiyaların müddətini 6 aya, 2026-cı il iyulun 31-dək uzadılması barədə qərar qəbul edilib.

Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Aİ sammitinin birinci günündən sonra keçirilən mətbuat konfransında bildirib.

"Biz Rusiyaya qarşı sanksiyaları uzatmaq qərarına gəldik", - deyə o bildirib.

Rusiyaya qarşı əvvəllər qəbul edilmiş 19 sanksiya paketinin hamısı eyni vaxtda altı aydan bir - hər il yanvarın 31-i və iyulun 31-dək uzadılır.

.