ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşü 2 dekabrda baş tutmalıdır.

Bu barədə AFP mənbələrə istinadən məlumat paylaşıb.

Qeyd olunub ki, Uitkoff artıq 1 dekabrda Moskvaya yola düşəcək.

Xatırladaq ki, 30 noyabrda Mayamidə ABŞ və Ukrayna rəsmiləri arasında danışıqlar keçirilib.

ABŞ Dövlət katibi Marko Rubio danışıqları məhsuldar adlandırıb. O həmçinin bildirib ki, Uitkoff Moskvaya gedəcək, çünki Rusiya-Ukrayna münaqişəsinin həllində Rusiya "tənliyin bir hissəsi" olmalıdır.

.