ABŞ Venesuela neftini daşıyan daha bir neçə tankeri təqib etməkdədir.
Bu barədə NYT məlumat yayıb.
Məlumata görə, söhbət ABŞ-ın blokadasını birgə yarıb keçərək, Venesuela sularını tərk edən 16 tankerdən ibarət iri gəmi qrupundan gedir. Bu qrupdan yalnız “Sophia” tankeri ABŞ qüvvələri tərəfindən ələ keçirilib.
ABŞ Atlantik okeanını keçməkdə olan digər 15 tankerin hərəkətini diqqətlə izləyir. Bildirilir ki, 5 tankerdə artıq Rusiya bayrağı qaldırılıb.
Qeyd edək ki, yanvarın 7-də ABŞ Sahil Mühafizəsi Atlantik okeanında iki həftədən çox davam edən təqibdən sonra Rusiyanın “kölgə donanması”na aid olması ehtimal edilən "Marinera" neft tankerini ələ keçirib.
.
