ABŞ Rusiyanın prezidenti Vladimir Putinin iqamətgahına Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA)  hücumu ilə bağlı mövcud kəşfiyyat məlumatlarını hərtərəfli araşdırmaq niyyətindədir.

Bu barədə ABŞ-ın NATO yanında daimi nümayəndəsi Metyu Uitaker Fox Business telekanalına müsahibəsində deyib.

“Biz kəşfiyyat məlumatlarını araşdıraraq məsələnin mahiyyətinə varacağıq”, - diplomat vurğulayıb.

Uitaker əlavə edib ki, Kiyevin belə bir hücumu baş vermiş olsaydı, bu, “son dərəcə məsuliyyətsiz addım” olardı və Ukraynada sülhə nail olunmasına açıq şəkildə zərər verərdi.

.