
ABŞ Energetika Nazirliyinin proqnozlarına görə, cari ilin mayında aprel ayı ilə müqayisədə ölkədə əsas istehsalat sahələrində (hasilatın əsas hissəsi şist neftinin payına düşür – red.) neft hasilatı artacaq.
Yenizaman-ın ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasına (EIA) istinadən verdiyi məlumata görə, gələn ay ən iri yataqlarda ortalama gündəlik neft hasilatı 49 min barel və ya 0,5% artaraq, 9,328 mln. barelə çatacaq.
Məlumata görə, hasilat üzrə artım əsasən "Permian", "Eagle Ford", "Bakken", "Anadarko", "Appalachia” və "Niobrara" yataqlarının payına düşəcək.
.