Amerika Birləşmiş Ştatları (ABŞ) hökuməti Gürcüstanın Müdafiə Nazirliyinə ümumi dəyəri 10,4 milyon dollardan çox qrant ayıracaq.

Müvafiq qərarla bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ hökuməti tərəfindən Müdafiə Nazirliyinə ayrılan qrantların təsdiqlənməsini nəzərdə tutan hökumət fərmanını imzalayıb.

Qeyd edək ki, sözügedən qrantlar Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsinə və texniki təminatının yaxşılaşdırılmasına yönəlib.

.