ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Ohayo ştatındakı evində baş vermiş hadisə fonunda bir nəfər saxlanılıb.
Bu barədə ABC telekanalı polisə istinadən məlumat yayıb.
"Polis səhər saatlarından vitse-prezident Cey Di Vensin evində baş vermiş hadisəni araşdırır. Azı bir nəfərin saxlanıldığını bildirib", - məlumatda qeyd edilib.
Hadisənin təfərrüatları açıqlanmayıb, lakin şahidlərin vitse-prezidentin evində sınıq pəncərələr gördükləri qeyd olunub.
.
