Yeni mövsümün hazırlıqları üçün Avstriyaya gedəcək "Qarabağ"ın keçirəcəyi yoxlama görüşlərindəki ilk rəqibi müəyyənləşib. 

Dunyaxeber.info-nun klubun rəsmi "facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, son Azərbaycan çempionu Avstriyanın "Vakker" (İnsbruk) klubu ilə qarşılaşacaq.
Ağdam təmsilçisinin Avstriyanın II liqasında mübarizə aparan klubla oyunu iyunun 25-də keçiriləcək.

Qeyd edək ki, "Vakker" klubu ötən mövsüm Avstriya II liqasını 3-cü pillədə başa vurub.
.