"Bavariya"nın baş direktoru Karl Hayns-Rummeniqe "Borussiya"nın futbolçuları Mario Qötzeni transfer etmək istədiyini təsdiqləyib.
Qol.az-ın "Röyters"ə istinadən yaydığı xəbərə görə, o, bununla bağlı Dortmund təmsilçisi ilə danışıqlar apardıqlarını bildirib:
"Borussiya" ilə danışıqlar davam edir. Amma hələlik razılıq əldə olunmayıb. Təzminat qiyməti barədə razılığa gəlmək lazımdır. Qötze də ayrılmaq istəyir. Çünki müntəzəm oynamağı düşünür".
.
