Futbol üzrə Çempionlar Liqasında ikinci yarımfinal oyunu keçirilib.
Virtualaz.org xəbər verir ki, Madriddə yerli «Atletiko» Almaniyanın Münhen şəhərinin «Bavariya» klubuna 11-ci dəqiqədə Nyigesin vurduğu yeganə qolla 1:0 hesabı ilə qalib gəlib. Cavab görüşü mayın 3-də Münhendə olacaq.
Birinci yarımfinalda dünən «Mançester Siti» ilə «Real»ın (Madrid) oyunu qolsuz heç-heçə ilə bitmişdi. Bu cütlükdən finala vəsiqə qazanacaq komanda mayın 4-də Madriddə müəyyənləşəcək.
.
