PSJ-nin hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının bombardirlər yarışında birinci pilləyə yüksəlib. İsveçli forvard dünən 1/8 final mərhələsi çərçivəsində "Bayer”ə qarşı keçirilən görüşdə 2 qol vurmağı bacarıb.
Bununla da 32 yaşlı futbolçu hesabındakı qolların sayını 10-a yüksəldib. Nəticədə İbrahimoviç qrup mərhələsində 9 dəfə fərqlənən Kriştiano Ronaldonu geridə qoyub.
.
