Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayış binasından yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Yenizaman-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə xidmətinin qüvvələri cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

.