Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniZaman-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1991-ci il təvəllüdlü A.Məmmədovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

.