Əgər seçkilər müharibənin sona çatması üçün şərtdirsə, o zaman gəlin bunu edək.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində deyib.
Zelenski tərəfdaşlarına müraciət edərək onların daim bu məsələni qaldırdıqlarını bildirib.
“Düzünü desəm, siz (tərəfddaşlar) daim seçkilər məsələsini qaldırırsınız, amma siz özünüz qərar verməlisiniz: məndən xilas olmaq, yoxsa seçkilər keçirmək istəyirsiniz? Əgər seçkilər keçirmək istəyirsinizsə, onda gəlin, bu seçkiləri düzgün təşkil edək. Seçkiləri elə keçirək ki, əvvəlcə Ukrayna xalqı onu tanısın. Və siz özünüz də qəbul etməlisiniz ki, bu, qanuni seçkilərdir”, — Zelenski tərəfdaşlarını xəbərdar edib.
Zelenski Zalujniyə cavab verib- O, çox pis hərəkət edib
Ukrayna Prezidenti Voldomir Zelenski Silahlı Qüvvələrin sabiq baş komandanı, Böyük Britaniyadakı səfiri Valeriy Zalujninin 2023-cü ilin yay əks-hücumunun uğursuzluğunda onu günahlandırmasını çox pis hərəkət adlandırıb.
Bu barədə Zelenski AFP-yə müsahibəsində danışıb.
"Hər kəsin eyni emosiyası var idi – bəlkə də bu haqda danışmaq çox tez idi. Mən sadəcə bunu düşünürəm ki, bu mövzuda danışmaq yaxşı deyil, çünki heç kim bundan qazanmayacaq. Söhbət bizim ordumuzdan gedir, bu gün o döyüşür və belə danışmaq yaxşı görünməyəcək”, - o qeyd edib.
Zelenski, həmçinin Zalujni ilə son müsahibə yayımlandıqdan sonra əlaqə saxlamadığını vurğulayıb.
"Kim dedi ki, mən seçkilərə gedəcəyəm? Heç kim demədi ki, mən gedəcəyəm və ya getməyəcəyəm. Çünki müharibə gedir və biz bunu layiqincə başa çatdırmalıyıq", - Zelenski əlavə edib.
.
