Misir parlamenti ölkə ordusuna Yəməndəki husilərin hücumları fonunda Səudiyyə Ərəbistanının müdafiəsinə dəstək göstərməyə icazə verib.
“Al Jazeera“nın məlumatına görə, qərar Qahirənin Yəməndəki münaqişəyə daha birbaşa cəlb olunması ehtimalını artırır.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi ötən həftə parlamentdən Səudiyyə Ərəbistanına müdafiə xarakterli hərbi yardım göstərilməsi üçün icazə istəyib.
.
