Rusiyanın aprelin sonuna qədər Pokrovsk və Konstantivkanı ələ keçirməyə gücü yoxdur.
Ukrayna mediasının xəbərinə görə, bu barədə Prezident Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna ABŞ-la yeni görüş hazırlayır və təhlükəsizlik zəmanətlərini yekunlaşdırır.
Danışıqlar prosesinin üçtərəfli formatda davam etdiyini vurğulayan Zelenski Yaxın Şərqdəki vəziyyətə görə bəzi görüşlərin təxirə salındığını xatırladıb.
.
