Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı ən yaxşı sanksiya zərbəsi ola biləcək potensial tədbirləri sadalayıb.

Bu barədə Ukrayna lideri "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Prioritetlər Rusiya bank sektorunu və onunla ticarəti davam etdirən ölkələrdəki bankları, həmçinin Rusiyanın kölgə donanmasının infrastrukturunu: gəmi kapitanlarını, sığortaçıları, bəzi terminalları əhatə edir", - o qeyd edib.

V.Zelenski vurğulayıb ki, bu həmçinin mövcud sanksiyalardan yan keçmə sxemlərinə qarşı mübarizə olacaq: "Rusiyanın müəyyən kritik mallara çıxışını məhdudlaşdıracaq xüsusi sanksiya aləti hazırlayırıq".

O əlavə edib ki, Ukrayna milli səviyyədə tərəfdaşların Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmağı davam etdirməyi planlaşdırır.

.