ABŞ Səudiyyə Ərəbistanından diplomatik nümayəndəliklərin əsas heyətinə daxil olmayan əməkdaşlarının və diplomatların ailə üzvlərinin ölkədən çıxmasını tapşırıb.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ-ın diplomatik nümayəndəliklərində əməkdaşların sayının azaldılması regionun daha altı ölkəsini də əhatə edib.

Hələlik digər ölkələr və görülən tədbirlərin detalları barədə əlavə məlumat verilməyib.

.