Ağdam rayonunda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, iclasda müvafiq dövlət qurumlarının, eləcə də Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Şuşa, Laçın və Kəlbəcər rayonlarında, həmçinin Xankəndi şəhərində Prezidentin xüsusi nümayəndəliklərinin və Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin nümayəndələri iştirak ediblər.

İclasda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri həyata keçirilərkən ekoloji tələblərə riayət olunması, yaşıllıqların götürülməsi, işğaldan azad edilmiş ərazilərdə yerli xammal materiallarına çıxış prosedurlarının sadələşdirilməsi, kənd təsərrüfatı sahəsində görülən işlər və bərk məişət tullantılarının idarə olunması məsələləri müzakirə edilib.

***

12.22

Ağdam rayonunda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, iclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Şuşa, Laçın və Kəlbəcər rayonlarında, eləcə də Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin və Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin nümayəndələri iştirak edirlər.

İclasda ekoloji məsələlərin müzakirəsi nəzərdə tutulur.

.