
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampa Rusiya ilə bağlı daha sərt mövqeyə görə təşəkkür edib.
Zelenski bu barədə öz “X” hesabında paylaşım edib.
Zelenski Trampın son bəyanatının onun qətiyyətini və bu danışıqlarda aydın mövqenin olmasını nümayiş etdirdiyini bildirib.
"Prezident Trampa insanların həyatının xilas edilməsinə və bu dəhşətli müharibənin dayandırılmasına diqqət yetirdiyinə görə təşəkkür edirəm. Ukrayna sülhə sadiq qalır və ölkələrimizi daha təhlükəsiz, güclü və firavan etmək üçün ABŞ ilə yorulmadan çalışacaq", - Zelenski yazıb.
Xatırladaq ki, iyulun 14-də ABŞ prezidenti Moskvanı 50 gün ərzində sülh razılaşmasına nail olmağa çağırıb. Əks halda ABŞ Rusiya ilə ticarətini davam etdirən bütün dövlətlərə 100% “ikinci dərəcəli” rüsumlar tətbiq edəcək.
.