ABŞ-ın Kaliforniya ştatında ticarət mərkəzində baş verən atışma nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb.

Bu barədə NBC telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Polisin məlumatına görə, atışma Halloween bayramı üçün malların satıldığı mağazada baş verib.

Yaralılardan üçünün vəziyyətinin kritik olduğu bildirilir.

Hadisəni törədən şəxsin yeri hələlik müəyyən edilməyib.

.