Ukraynanın Rusiyanın Bryansk vilayətinə PUA hücumları nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Bu barədə vilayət qubernatoru Yeqor Kovalçuk məlumat verib.
Bildirilib ki, Klimovo qəsəbəsində pilotsuz uçuş aparatının fərdi evə zərbə endirməsi nəticəsində 30 yaşlı qadın və 41 yaşlı kişi ölüb, 5 nəfər xəsarət alıb.
Bundan başqa, iki yaşayış məntəqəsində dron hücumlarında 3 nəfər xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Məlumata görə, 29 pilotsuz uçuş aparatı gün ərzində məhv edilib.
.
